Əsas Səhifə > Mədəniyyət > 120 dövlətin nazirləri Bakıda - Qoşulmama Hərəkatı - FOTO
120 dövlətin nazirləri Bakıda - Qoşulmama Hərəkatı - FOTO5-04-2018, 16:10 |
![]() Bakıda Qoşulmama Hərəkatının nazirlər konfransı keçirilir Bu gün Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransı keçirilir. Rubrika.Az-ın APA-ya istinadən məlumatına görə, toplantıya 800-dən artıq iştirakçı qatılıb. Daha sonra Qoşulmama hərəkatı 17-ci nazirlər konfransına sədr seçiləcək. Konfransda həmçinin Türkiyə, İran, Şimali Koreya, Əfqanıstan, Hindistan, Fələstin, Ekvador kimi ölkələrin xarici işlər nazirləri, BMT Baş Assambleyasının sədri Miroslav Layçak da iştirak edir. *** Azərbaycan prezidenti İlham Əliyev tədbirə gəlib və qonaqlarla hərarətlə görüşüb, onlarla foto çəkdirib. Daha sonra konfrans öz işinə start verib. *** Nazirlər toplantısı iki gün davam edəcək. Konfransın yekununda Bakı Bəyannaməsi qəbul olunacaq. Nazirlər konfransına hazırlıq məqsədilə aprelin 3-4-də yüksək vəzifəli məmurlar səviyyəsində iclas keçirilib. Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatının tamhüquqlu üzvüdür. 2019-cu ildə Azərbaycan Qoşulmama hərəkatının XVIII Zirvə toplantısına ev sahibliyi edəcək. 2019-2022-ci illər ərzində isə Qoşulmama hərəkatına sədrlik edəcək. Qoşulmama hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat Qoşulmama hərəkatı yanında müşahidəçi statusuna malikdir. Rubrika.Az Geri qayıt |