Əsas Səhifə > Hadisə > Azərbaycanda daha bir tikinti şirkətinə qarşı cinayət işi başlanıb

Azərbaycanda daha bir tikinti şirkətinə qarşı cinayət işi başlanıb


6-04-2018, 11:43
Azərbaycanda daha bir tikinti şirkətinə qarşı cinayət işi başlanıb

"Xudafərin" MTK-nın vəzifəli şəxslərinə qarşı cinayət işi başlanıb.

Rubrika.Az-ın APA-ya istinadən xəbərinə görə, şirkətin vəzifəli şəxsləri - Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi artıq Bakı Ağır Cinayətlər Məhkəməsində göndərilib.

İşə hakim Əfqan Hacıyevin sədrliyi ilə aprelin 13-də baxılacaq.

Rubrika.Az
Geri qayıt