Əsas Səhifə > Hadisə > Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub


6-04-2018, 20:25
Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində 3,1 bal gücündə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Report"a verilən məlumata görə, aprelin 6-da Nardaran stansiyasından 15 km şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb.

Yeraltı təkanlar yerli vaxtla saat 18:41:07-də olub. Ocağı 50 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

Rubrika.az
Geri qayıt