Əsas Səhifə > Hadisə > Mingəçevirdə yol qəzası olub, xəsarət alan var
Mingəçevirdə yol qəzası olub, xəsarət alan var7-04-2018, 10:20 |
![]() Mingəçevirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin Samux küçəsində qeydə alınıb. Küçədə hərəkətdə olan "Mercedes" və BMW markalı avtomobillər toqquşub. Toqquşma zamanı BMW-də olan sərnişin, 1996-cı il təvəllüdlü Həmidova Pərvanə Azər qızı xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Rubrika.Az Geri qayıt |