Əsas Səhifə > Hadisə > Sərxoş sürücü qəza törətdi — Xəsarət alanlar var

Sərxoş sürücü qəza törətdi — Xəsarət alanlar var


7-04-2018, 19:27
Sərxoş sürücü qəza törətdi — Xəsarət alanlar var

Goranboy ərazisində iki nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
Rubrika.az Report-a istinadən verdiyi xəbərinə görə, qəza nəticəsində ağır xəsarət alan yaralılardan biri Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb və dərhal əməliyyat olunub.

İlkin məlumata görə, hadisə zamanı xəsarət alan daha bir nəfər isə Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Məlumata görə, sürücü sərxoş olub və avtomobilini maneəyə çırpıb.

Faktla bağlı araşdırma aparılır.

Rubrika.az
Geri qayıt