Əsas Səhifə > Hadisə > İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verdi

İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verdi


9-04-2018, 10:56
İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verdi

Prezident İlham Əliyev gürcüstanlı həmkarı Giorgi Marqvelaşviliyə başsağlığı verib.

Rubrika.Az “Ölkə.Az”a istinadla xəbər verir ki, bağsağlığı məktubunda ölkə başçısı Tkibuli bölgəsində yerləşən kömür mədənində baş vermiş uçqundan kədərləndiyini qeyd edib:

“Tkibuli bölgəsində yerləşən kömür mədənində baş vermiş uçqun nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndim.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.

Rubrika.Az
Geri qayıt