Əsas Səhifə > Bugünkü sayımız > Bakıda avtobuslarda telefonu yükləmək mümkün olacaq (FOTO)
Bakıda avtobuslarda telefonu yükləmək mümkün olacaq (FOTO)9-04-2018, 21:25 |
|
Bakıda 18 saylı marşrut xətti ilə hərəkət edən "Xaliq Faiqoğlu” şirkətinə məxsus "BMC Procity” avtobuslarında mobil qurğuların enerji ilə yüklənməsi üçün USB portlar quraşdırılıb. Bu barədə Trend-ə şirkətdən məlumat verilib. Portlar salonda tutacaqlar üzərində yerləşdirilib. Hər avtobusda iki standart USB portu olan 4 qurğu yerləşdirilib. Əlavə olunub ki, daha bir "BMC Procity” avtobusu 61 saylı marşrutla hərəkət edir. Bundan başqa, şirkətə məxsus 18, 65, və 61 saylı marşrutlarda pulsuz "Wi-Fi” xidməti mövcuddur. Gələcəkdə bu xidmət digər marşrutlarda da tətbiq olunacaq. Rubrika.az Geri qayıt |