Əsas Səhifə > Hadisə > Ermənistanın yeni prezidenti Qarabağda sülhə hazırdır

Ermənistanın yeni prezidenti Qarabağda sülhə hazırdır


9-04-2018, 23:30
Ermənistanın yeni prezidenti Qarabağda sülhə hazırdır

Bu gün vəzifələrinin icrasına başlamış Ermənistanın yeni prezidenti Armen Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın rolunu vacib sayır.

Rubrika.az TASS-a istinadən xəbər verir ki, öz müsahibəsində prezident bildirib: “Artıq 25 ildən çoxdur ki, münaqişənin təınzimlənməsi üzrə danışıqlar ATƏT-in Minsk qrupu çərçivəsində həmsədr ölkələr - Rusiya, ABŞ və Fransanın təklif etdikləri prinsiplər əsasında aparılır. Rusiya bu məsələdə həlledici rola malikdir”.

Arkisyan vurğulayb ki, “23 il bundan öncə Qarabağda üçtərəfli atəşkəs məhz Rusiyanın vasitəçiliyi sayəsində əldə olunub”: “Aydındır ki, problemin tənzimlənməsi üçün sülhə və anlaşmaya gəlməyə siyasi iradə olmalıdır”.

Prezident qeyd edib ki, “son nəticədə bütün regional münaqişələr həllini tapır, bunlar dəf ediləndir”: “Tarix bundan daha qəddar və dramatik münaqişələr görüb”.


Rubrika.az
Geri qayıt