Əsas Səhifə > Hadisə > Prezident seçkilərini 118 xarici KİV təmsilçisi müşahidə edəcək
Prezident seçkilərini 118 xarici KİV təmsilçisi müşahidə edəcək10-04-2018, 17:47 |
|
"Mərkəzi Seçki Komissiyası aprelin 11-də keçiriləcək prezident seçkilərinə tam hazırdır". Rubrika.Az-ın "Ölkə.Az"a istinadən məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında bildirib. M.Pənahov deyib ki, MSK tərəfindən kütləvi informasiya vasitələri (KİV) nümayəndələri və polis əməkdaşları üçün yaddaş kitabçası hazırlanıb: "Görmə və eşitmə qabiliyyətini itirmiş şəxslərlə bağlı da biz müvafiq addımlar atmışıq. Əlil arabasından istifadə edən seçki məntələrini dəqiqləşdirmişik. Buna görə də 1455 məntəqədə panduslar quraşdırılıb. Bundan əlavə, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində də seçki məntəqələri yaradılıb". MSK sədri qeyd edib ki, yerli və xarici KİV-lər üçün də bütün şərait yaradılıb: "Hazırda 51 beynəlxalq KİV 118 təmsilçisi Azərbaycanda seçkiləri izləmək üçün qeydiyyatdan keçib. Onların arasında dünyanın ən nüfuzlu KİV-ləri var. Ümumilikdə isə 59 ölkəni təmsil edən 61 xarici təşkilat nümayəndəsi qeydiyyatdan keçib". Rubrika.Az Geri qayıt |