Əsas Səhifə > İstisadiyyat > Bakı-Novorossiysk kəməri ilə neftin ötürülməsi texniki səbəblərdən dayandırılıb

Bakı-Novorossiysk kəməri ilə neftin ötürülməsi texniki səbəblərdən dayandırılıb


10-04-2018, 19:19
Bakı-Novorossiysk kəməri ilə neftin ötürülməsi texniki səbəblərdən dayandırılıb

Azərbaycanın Siyəzən qəbul-çatdırılma məntəqəsindən Dağıstanın Samur qəbul çatdırılma məntəqəsi istiqamətində Bakı-Novorossiysk neft boru kəməri ilə neftin göndərilməsi texniki səbəblərdən dayandırılıb.

“APA-Economics”in “İnterfax” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə “Transneft” şirkətinin prezidentinin müşaviri, mətbuat katibi İqor Demin bildirib.

Bundan başqa, o əlavə edib ki, Mahaçqala limanı istisna olmaqla, bütün limanlarda iş üçün yararlı hava mövcuddur və gecikən tankerlər yoxdur: “Bu gün axşam siklon və fırtına gözlənilməsi səbəbindən Kozmino limanında tankerlərin boşaldılması qrafikində qabaqlama işləri aparılıb. Bu gün dünən Bakı vaxtı ilə saat 18:10-dan başlayaraq fırtınalı hava mövcuddur”.

Rubrika.az
Geri qayıt