Əsas Səhifə > Müsahibə > “ELS” “exit-poll”un ilkin nəticələrini açıqlayıb: İlham Əliyev 82,71 faiz səs toplayıb
“ELS” “exit-poll”un ilkin nəticələrini açıqlayıb: İlham Əliyev 82,71 faiz səs toplayıb11-04-2018, 22:08 |
|
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi prezident seçkiləri ilə bağlı “exit-poll”un ilkin nəticələrini açıqlayıb. Rubrika.az-in APA-ya istinadla məlumatına görə, mərkəzin rəhbəri İradə Yaqubova bildirib ki, prezident seçkilərində 118 dairədə 300 məntəqədə "exit-poll" aparılıb: “80 min anket əsasında biz nəticə çıxardıq. Gün ərzində hər saatdan bir anketlər qutudan anketlər çıxarılır və səslər sayılırdı. Anketdə seçki prosesi və başqa məsələlərlə bağlı suallar var idi. Seçici fəallığı gün ərzində 68,7 faiz olub. “Exit-poll” uğurla başa çatdı “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin apardığı “exit-poll”un nəticələri aşağıdakı kimidir: İlham Əliyev – 82,71 faiz Qüdrət Həsənquliyev – 4,23 faiz Sərdar Cəlaloğlu - 3,56 faiz Zahid Oruc - 3,37 faiz Hafiz Hacıyev - 2,1 faiz Araz Əlizadə - 1,87 faiz Fərəc Quliyev - 1,33 faiz Razi Nurullayev 0,92 faiz". Qeyd edək ki, seçkiləri izləmək üçün 894 beynəlxalq, 58 min 175 yerli müşahidəçi akkreditə olunub. ATƏT Parlament Assambleyası, ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Avropa Şurası Parlament Assambleyası, Müstəqil Dövlətlər Birliyi də daxil olmaqla 60 təşkilat, eləcə də 59 ölkədən beynəlxalq müşahidə missiyaları seçki prosesini izləyib. Səsvermə prosesi 119 Seçki Dairəsi üzrə 1000 seçki məntəqəsində quraşdırılan veb-kameralar tərəfindən izlənilib. Geri qayıt |