Əsas Səhifə > Dünya > Rusiyanın taksi xidməti şirkəti 1000-ə yaxın erməni sürücünü işdən çıxardı
Rusiyanın taksi xidməti şirkəti 1000-ə yaxın erməni sürücünü işdən çıxardı13-04-2018, 22:05 |
|
"Rusiyanın "Yandex” taksi xidməti Ermənistan vətəndaşı olan sürücülərlə işləməkdən imtina edir”. Bu barədə Ermənistanda çıxan "Jamanak” qəzeti məlumat yayıb. "Yandex” bildirib ki, onların sürücülük vəsiqəsi 4 dövlətdən birinə - Rusiya, Belarus, Qırğız Respublikası və Qazaxıstana məxsus olmalıdır. Nəticədə minə yaxın erməni əsilli sürücü taksi sürücülüyündən məhrum olaraq işsiz qalıb”, - qəzet yazıb. Mütəxəssislər qeyd ediblər ki, Ermənistanın verdiyi sürücülük vəsiqəsi peşəkar fəaliyyət göstərmək üçün Rusiya tərəfindən tanınmır.(virtualaz.org) Rubrika.az Geri qayıt |