Əsas Səhifə > Dünya > ABŞ Suriyanı vurmağa başladı - FOTO (YENİLƏNİB)
ABŞ Suriyanı vurmağa başladı - FOTO (YENİLƏNİB)14-04-2018, 09:33 |
![]() ABŞ, İngiltərə və Fransa Suriyada uzunmüddətli hərbi əməliyyatlara başladı Donald Trampın Suriya ilə bağlı "vur" əmrindən sonra ABŞ hərbi qüvvələri Suriyaya raket zərbələri endirməyə başlayıb. Rubrika.Az-ın musavat.com-a istinadla məlumatına görə, bu barədə "Reuters" agentliyi xəbər yayıb. Xəbərdə bildirilir ki, Dəməşqdə elmi araşdırmalar mərkəzi partladılıb. Dəməşq şəhərində ard-arda 6 partlayış səsi eşidilib. Hazırda Bərzadakı elmi araşdırmalar mərkəzindən tüstü havaya qalxır. Bundan başqa, 4-cü briqada milis qüvvələri mərkəzi ABŞ hərbi gəmilərindən atılan "Tomahawk" raketləri ilə vurulub. *** Son məlumatlara əsasən, Dəməşq şəhərindəki hava limanı da raketlərlə vurulub. ABŞ-ın hücumuna Suriya havadan müdafiə sistemi cavab verib. ABŞ əməliyyatların uzunmüddətli olacağını açıqlayıb. *** İngiltərə Müdafiə Nazirliyi Suriyadakı əməliyyatla bağlı açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, hazırki əməliyyata İngiltərənin 4 “Tornado” təyyarəsi qatılıb. Fransa da əməliyyatlara dəstək verdiyini bildirib. *** Bombardman Bərza bolgəsində elmi araşdırmalar mərkəzi, Qaysun dağlarında Respublika Mühafizəçiləri mərkəzi, Mezzeh hərbi hava limanı, Damir hərbi hava limanı, Alkasva bölgəsi və paytaxt Dəməşqdəki bəzi mərkəzləri əhatə edir. *** Paytaxtın ətrafı havadan bombardman edilir. Dəməşqdə yerləşən 81-ci və 21-ci batalyonun havadan müdafiə qüvvələri ABŞ-ın hücumuna qarşılıq verir. ABŞ-ın Baş Qərargah rəisi vurulan hədəflərin Dəməşqdə kimyəvi silah araşdırma mərkəzi və Xümsdə kimyəvi silah anbarı olduğunu açıqlayıb. ABŞ hava əməliyyatının bugünlük başa çatdığını bildirib. Rubrika.Az Geri qayıt |