Əsas Səhifə > Dünya > Pentaqon: Suriyada müəyyən edilən bütün hədəflər uğurla vurulub
Pentaqon: Suriyada müəyyən edilən bütün hədəflər uğurla vurulub14-04-2018, 18:34 |
![]() “ABŞ, Böyük Britaniya və Fransanın raket zərbələri Suriyada müəyyənləşdirilmiş bütün hədəfləri məhv edib”. Rubrika.az TASS-a istinadən verdiyi xəbərə görə, bunu Pentaqonda keçirilən xüsusi brifinqdə qurumun rəsmi nümayəndəsi Dana Uayt deyib. “Raketlər seçilmiş hər hədəfi uğurla vurub”, - deyə o, söyləyib. D. Uayt qeyd edib ki, ABŞ Suriyada münaqişəni qızışdırmaq istəmir, lakin Vaşinqton beynəlxalq normaların pozulması ilə barışmayacaq: “Biz münaqişə axtarmırıq, lakin beynəlxalq qanunların bu cür dəhşətli şəkildə pozulmasına yol verə bilmərik. Bizim Suriyada məqsədimiz əvvəlki kimidir: İŞİD-i məğlub etmək”. Rubrika.az Geri qayıt |