Əsas Səhifə > Araşdırma > 26 yaşlı qadın güllələndi - AZƏRBAYCANDA
26 yaşlı qadın güllələndi - AZƏRBAYCANDA14-04-2018, 20:18 |
|
Qazax rayonunda güllələnmə hadisəsi baş verib. Rubrika.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Salahlı kəndində baş verib. Kənddə yaşayan 1992-ci il təvəllüdlü Mehriban Məsimova güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə M. Məsimova 2 il əvvəl başqa kənddən Yuxarı Salahlıya gəlin köçüb və bir övladı var. Onun gecə saat 3-4 radələrində münaqişə zəminində ov tüfəngindən açılan atəş nəticəsində xəsarət aldığı bildirilir. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları atəş açan şəxsin tapılması istiqamətində tədbirlər həyata keçirirlər. Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır. Rubrika.az Geri qayıt |