Əsas Səhifə > Hadisə > Bakıda daha bir süpürgəçi qadını maşın vurdu - FOTO

Bakıda daha bir süpürgəçi qadını maşın vurdu - FOTO


16-04-2018, 10:44
Bakıda daha bir süpürgəçi qadını maşın vurdu - FOTO

Daha bir süpürgəçi qadını avtomobil vurub.

Rubrika.Az musavat.com-a istinadla xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Hadisə Atatürk prospektində baş verib. Yolu keçən 60-65 yaşlı qadını avtomobil vurub.

Sosial şəbəkə istifadəçisi Muhammed İbadlı öz feysbuk səhifəsində yazıb ki, hadisə saat 15.00 radələrində baş verib.

"Şahidlər deyir ki, təcili qadının üzərindən formasını çıxardıblar ki, yol təmizləyən olduğu bilinməsin və adi vətəndaş kimi qələmə verilsin"- deyə M.İbadlı yazıb.

Yaşlı qadının vəziyyəti ilə bağlı dəqiq məlumat yoxdur.

Xatırladaq ki, son bir ay ərzində artıq üçüncü dəfədir ki, bu cür qəza hadisəsi baş verir. Bundan əvvəl Bakıda və Sumqayıtda süpürgəçi qadınlar avtomobil vurulması nəticəsində dünyasını dəyişmişdi.

Rubrika.Az
Geri qayıt