Əsas Səhifə > Dünya > Sanksiya müharibəsi: Rusiya ABŞ-a qarşı hansı əks zərbələr hazırlayır
Sanksiya müharibəsi: Rusiya ABŞ-a qarşı hansı əks zərbələr hazırlayır17-04-2018, 18:15 |
![]() Lakin Rusiyanın qarşı tədbirləri bumeranq effekti verə bilər Rusiya Dövlət Duması ABŞ sanksiyalarına qarşı cavab tədbirlərini özündə birləşdirən paket qanun işləyib hazırlamaqdadır. Paketdə ABŞ-da istehsal olunan ayrı-ayrı məhsulların gətirilməsinin qadağan edilməsi, bir sıra sahələrdə əməkdaşlığın durdurulması, habelə Amerika şirkətlərinin Rusiyada dövlət sifarişllərində, tenderlərdə, habelə özəlləşdirmə işlərində iştirak etməsinin yasaqlanması kimi tədbirlər nəzərdə tutulub. “Amerika Birləşmiş Ştatlarının və digər xarici dövlətlərin qeyri-dost fəaliyyətinə qarşı əks-tədbirlər” adı altında federal qanun layihəsi gələn həftə qəbul edilməlidir. Paketdə Rusiyanın ABŞ-la iqtisadi savaşda istifadə edə biləcəyi ən böyük sahə, şübhəsiz ki, aerokosmos və enerji sektorları hesab olunur. “Financial Times”in yazdığına görə, Rusiyanın bu sahələrdə, xüsusilə “Boeing” və “General Motors” kimi şirkətlərlə 30 milyard dollarlıq ticarət dövriyyəsi var. Lakin rus qanunvericilərinin bu şövqü Rusiyanın adı çəkilən sahədə iş görən şirkətlərin heç ürəyincə deyil. Məqalə müəllifləri Henro Foy və Maks Feddonun yazdığına görə, ölkədə nüvə energetikası sahəsində inhisarçı mövqe tutan “Rosatom” şirkəti ABŞ-a böyük həcmdə zənginləşdirilmiş uran ixrac edir. Bundan başqa, “Rosatom” ABŞ-ın elektrik enerji təminatında 5%-lik paya sahibdir. Şirkət radioaktiv materiallarının yenidən işlənib hazırlanması sahəsində ABŞ şirkətləri ilə əməkdaşlıq edir. Qanun layihəsi ABŞ-a titan ixracatını qadağan edə bilər. Bu ilk növbədə “Boeing” şirkətini qayğılandırmalıdır. Belə ki şirkət təyyarə istehsalında geniş istifadə olunan titanın 35%-ni Rusiyadan, daha doğrusu, “VSMPO-Avisma” şirkətindən alır. “Qazeta.ru-nun yazdığına əsasən, Rusiya hələ keçən il ABŞ-dan 3,7 milyard dollarlıq təyyarə və mühərrik alıb. Əvəzində isə 200 milyon dollarlıq titan satıb. Şirkət artıq sözügedən məsələ ilə bağlı narahatlığını ifadə edib. “VSMPO-Avisma” da kooperativ əlaqələrin pozulmasının, habelə biznes öhdəliklərinin yerinə yetirilməməsinin şirkətin titan bazarından çıxmasına səbəb olacağı barədə bəyanat yayıb. Şirkət Rusiya qanunvericilərinin bu məsələdə müdrik şəkildə davranacağına ümid bəslədyini bildirib. Qanun Rusiya və ABŞ arasında raket mühərriki satışlarının durdurulmasını da nəzərdə tutur. Bu tədbirlər ABŞ-ın “United Launch Alliance” şirkətinin Rusiyanın “Rd-180” raketlərinin alınmasına maneçilik törədə bilər. Qanun layihəsinin ən əcaib müddəası “Rusiya Federasiyası hökuməti tərəfindən müəyyən edilən siyahı üzrə əmtəə nişanlarına olan eksklüziv hüquqların ortadan qaldırlması”dır. Buna görə, məsələn, Rusiya ABŞ-ın “General motors” şirkətinin razılığı olmadan “Cadillac” markalı avtomobili buraxa bilər. ABŞ-da bunu intellektual oğurluğun leqallaşdırılması adlandırırlar. Maraqlıdır ki, 2017-ci ildə ABŞ və Rusiya arasında ticarət həcmi gözləntilərin əlskinə 15, 8% yüksələrək 23,1 milyard dollara çatmışdı. Rusiyanın ABŞ-a ixracatı 14,7% artaraq 10,6 miyard dollar təşkil edib. İdxalat isə 16% lik göstərici ilə 12,5 milyard dollara çatıb. 2017-ci idlə ABŞ Rusiyanın ticarət partnyorları arasında 6-cı yeri, ixracatın həcminə görə 10-cu sıranı, idxalata görə isə 3-cü yeri tutub. Ağ Evin Milli Təhlüəsizlik üzrə Şurasından verilən məlumata görə, ABŞ Dövlət Dumasındakı hazırlıqları diqqətlə izləyer. “Rusiyanın əvvəlki illərdə olduğu kimi Qərb məhsullarına qarşı cavab sanksiyaları ilk öncə rus xalqına ziyan vuracaq , onları ABŞ-dan gələn yüksək keyfiyyətli mallardan məhrum edəcəkdir”, -Ağ Ev sözcüsü bildirib. Rubrika.az Geri qayıt |