Əsas Səhifə > Hadisə > ABŞ Dövlət Departamenti Ermənistandakı hadisələrə bağlı qəribə bəyanat yayıb

ABŞ Dövlət Departamenti Ermənistandakı hadisələrə bağlı qəribə bəyanat yayıb


18-04-2018, 18:22
ABŞ Dövlət Departamenti Ermənistandakı hadisələrə bağlı qəribə bəyanat yayıb

Rubrika.az Musavat.com-a istinaden xeber verir ki, ABŞ Dövlət Departamenti Ermənistadakı səfirliyin facebook səhifəsində son günlərdə ölkədə baş verən hadisələrlə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

"Biz İrəvanda və Ermənistanın başqa şəhərlərində çoxlu sayda etiraz aksiyalarının keçrilməsinin şahidi oluruq. Ermənistanın minlərlə vətəndaşı öz ifadə və toplaşmaq azadlıqlarını gerçəkləşdirmək üçün küçələrə çıxıb.

Biz İrəvanın mərkəzində və Ermənistanın digər şəhərlərində gedən etiraz aksiyalarını diqqətlə izləyirik.

Xüsusilə etirazçıların əksəriyyətinin son bir neçə gündə polislərə qarşı məsuliyyətli və nəzakətli davranışı bizi olduqca ruhlandırır.

Lakin polislərlə etiraz edənlər arasında baş verən toqquşmalardan da olduqca narahatıq. Biz bütün tərəfləri təmkin nümayiş etdirməyə və hər hansı zorakı hərəkətlərdən qaçmağa çağırırıq".

Qeyd edək ki, artıq 6 gündür, Ermənistanda keçmiş prezident Serj Sarkisyanın baş nazir seçilməsinə yönəlik etirazlar bütün ölkəni bürüyüb. Arpelin 16-da İrəvanın mərkəzindəki Baqramyan prospektində polislə nümayişçilər arasında baş verən toqquşmada onlarla insan yaralanıb.

Göründüyü kimi, ABŞ Dövlət Departamentinin Ermənistanda baş verən hadisələrlə bağlı yaydığı bu bəyanatın mətni xeyli yumşaqdır. Bu, açıq gözlə də görünür və ikili standartların bariz nümunəsidir.

Çünki Ermənistanda olduqca gərgin hadisələr baş verməkdədir: müxalifətçilər küçələrdə döyülür, həbs edilir, sıxışdırılır. Onların etirazı isə sırf siyasi motivlərlə bağlıdır, bir adamın müxtəlif maxinasiyalardan istifadə edərək hakimiyyəti əlində saxlamasına, mafioz-klan hakimiyyəti qurmasına etiraz edirlər.

Ancaq başqa superdövlətlər kimi, ABŞ da gerçək durumu görməməzliyə vurur, diktatura rejimi quran Ermənistan rəhbərliyini sərt dillə tənqid etməkdən yayınır. Bu üzdən və bu üzgörənlikdəndir ki, ABŞ və digərləri qonşu ölkəni “qismən azad ölkələr” qrafasına salır. Ermənistandakı azadlığın səviyyəsi isə göz önündədir.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti bundan qat-qat zəif və yumşaq etiraz aksiyaları keçirilən ölkələrdə polisin davranışını “qeyir-adekvat zor tətbiq etmək” kimi dəyərləndirir, o ölkələrin rəhbərliyini sərt şəkildə tənqid edir. Ancaq son bəyanat da göstərir ki, Ermənistana yanaşma fərqlidir.

Rubrika.az
Geri qayıt