Əsas Səhifə > Bugünkü sayımız > Putinin zirehli limuzini satışa çıxarılıb
Putinin zirehli limuzini satışa çıxarılıb18-04-2018, 20:38 |
|
Rusiya prezidenti Vladimir Putinin avtomobili “Avto.ru” saytında 8,5 milyon rubla satışa çıxarılıb. Rubrika.az Lenta.ru-ya istinadən məlumatına görə, 2003-cü il buraxılışı olan göy rəngli zirehli “Mercedes-Benz Pullman W220 S600” limuzini şəxsi kolleksiyadadır. Avtomobilin yürüş məsafəsi 88 min kilometrdir. “Nəqliyyat vasitəsi Kremlin qarajında olub və Rusiya Federasiyasının prezidenti Vladimir Putinin hakimiyyəti vaxtında istifadə edilib”, – elanda deyilir. Elanda avtomobilin xüsusi sifarişlə hazırlandığı qeyd olunur. Rubrika.az Geri qayıt |