Əsas Səhifə > Dünya, Hadisə > İndoneziyada zəlzələ — Ölənlər var

İndoneziyada zəlzələ — Ölənlər var


19-04-2018, 21:51
İndoneziyada zəlzələ — Ölənlər var

İndoneziyanın Yava adasında zəlzələ olub.
Rubrika.az “Ölkə.Az”a istinaden xəbər verir ki, yeraltı təkanlar 3 nəfərin ölümünə, 20 nəfərin yaralanmasına səbəb olub. Bu barədə milli meteorologiya və geofizika agentliyi məlumat verib.

Zəlzələ baş verən ərazidən 2 min insan təxliyə edilib.
Seysmoloqlar bildirirlər ki, yeraltı təkanlar 4.4 bal gücündə olub. Bununla yanaşı, 300-dən çox ev dağılıb.


Rubrika.az
Geri qayıt