Əsas Səhifə > Bugünkü sayımız > Azərbaycanlı milyarder Özbəkistanda zavod açdı

Azərbaycanlı milyarder Özbəkistanda zavod açdı


19-04-2018, 22:13
Azərbaycanlı milyarder Özbəkistanda zavod açdı

Lukoil şirkəti Özbəkistanən Buxara şəhərində ildə 8 milyard kubmetr qaz emal edəcək "Kandım" qaz emalı zavodunun açılışını edib.

Rubrika.az Qaynarinfo-ya istinaden xəbər verir ki, şirkət bu layihənin gerçəkləşməsi üçün 3.4 milyard dollar yatırım edib. "Kandım"ın açılışında Özbəkistan prezidenti Şövkət Mirziyayev, Rusiyanın Enerji Naziri Aleksandr Novak , Lukoil şirkətinin prezidenti Vahid Ələkbərov və bir çox tanınmış iş adamları iştirak edib.

Özbəkistan prezidenti çıxışında bu layihənin ölkəsinin iqtisadi inkişafına müsbət təsir edəcəyini söyləyib. Həmçinin "Kandım"-ın Özbəkistan və Rusiya arasında enerji sahəsindəki əlaqələrinin bir nümunəsi olduğunu vurğulayıb.

Qeyd edək ki, "Kandım" qaz emalı zavodu ildə 8 milyard kubmetr qaz ixrac edəcək. Şirkətdə 2 mindən çox insan işləyəcək. "Lukoil" şirkəti Özbəkistan höküməti ilə 2046-cı ilə qədər müqavilə bağlayıb.

Rubrika.az
Geri qayıt