Əsas Səhifə > Hadisə > Generalların Bakı görüşü baş tutdu

Generalların Bakı görüşü baş tutdu


20-04-2018, 10:47
Generalların Bakı görüşü baş tutdu

Bu gün paytaxt Bakıda Rusiya Baş Qərargah rəisi Valeriy Gerasimov NATO-nun Avropadakı Silahlı Qüvvələrinin baş komandanı Kertis Skaparotti ilə görüşüb.

Rubrika.Az ölkə.az-a istinadla bildirir ki, görüşdə Suriya məsələsi ilə yanaşı Avropada NATO və Rusiyanın hərbi fəaliyyəti, etimad tədbirlərinin artırılması və insidentlərin qarşısının alınması müzakirə edilib.

Generallar görüş zamanı Suriya məsələsini xüsusilə müzakirə edərək beynəlxalq terrorizmə qarşı birgə mübarizənin vacibliyini qeyd ediblər.

Rubrika.Az
Geri qayıt