Əsas Səhifə > Din > Azərbaycanda tütünlə bağlı daha bir qadağa qüvvəyə mindi

Azərbaycanda tütünlə bağlı daha bir qadağa qüvvəyə mindi


20-04-2018, 10:56
Azərbaycanda tütünlə bağlı daha bir qadağa qüvvəyə mindi

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 dekabr tarixli 1774 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə dəyişiklik edilib.

Rubrika.Az-ın "Ölkə.Az"a istinadən məlumatına görə, bu barədə qərarı Baş nazir Artur Rasi-zadə imzalayıb.
Qərara görə, stansiyaların vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda tütün çəkmək qadağan edilib.

Əvvəlki qaydalarda qadağa stansiyalarda, keçidlərdə və vaqonlarda siqaret çəkməklə bağlı idi.

Rubrika.Az
Geri qayıt