Əsas Səhifə > Hadisə > Yataqxanada yanğın: Sakinlər təxliyə edilib
Yataqxanada yanğın: Sakinlər təxliyə edilib20-04-2018, 18:56 |
|
Bakıda yataqxana yanıb. Fövqəladə Hallar Nazirliyindən Gunaz.az -a verilən məlumata görə, Bakı şəhərinin Səbail rayonunda beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsinin dəhlizində 10 m² sahədə əşyalar, 20 p.m elektrik kabelləri və 1 ədəd su sayğacı yanıb. Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Binanın qalan hissəsi yanğından mühafizə olunub və yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Rubrika.az Geri qayıt |