Əsas Səhifə > Siyasət > Gömrük Komitəsi və Vergilər Nazirliyi bir sıra idxal-ixrac əməliyyatlarına birgə nəzarət edəcək
Gömrük Komitəsi və Vergilər Nazirliyi bir sıra idxal-ixrac əməliyyatlarına birgə nəzarət edəcək20-04-2018, 21:01 |
![]() Prezident İlham Əliyev ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Rubrika.az president.az-a istinadən xəbərinə görə, sərəncama əsasən maliyyə nəzarəti sahəsində uçotun şəffaflaşdırılması, büdcə yığımlarının artırılması, qeyri-neft məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi, ixracın həcminin artırılması və bu istiqamətdə dövlətin fiskal siyasətini həyata keçirən orqanların fəaliyyətinin səmərəli şəkildə əlaqələndirilməsi məqsədilə bir sıra idxal-ixrac əməliyyatları üzrə Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi tərəfindən birgə nəzarət mexanizminin tətbiqi məqsədəuyğun sayılıb. Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi idxal-ixrac əməliyyatları üzrə birgə nəzarətlə əhatə olunacaq prosedurların siyahısına və mexanizminə dair təkliflərini bir ay müddətində prezidenti təqdim etməlidir. Rubrika.az Geri qayıt |