Əsas Səhifə > Hadisə > Yük maşını 2 nəfərin canını aldı

Yük maşını 2 nəfərin canını aldı


21-04-2018, 15:26
Yük maşını 2 nəfərin canını aldı

Bu gecə saat 01 radələrində Sabunçu rayonunda 2 nəfərin ölümü ilə nəticələnən ağır qəza baş verib.

Sabunçu RPİ-dən verilən məlumata görə, Kürdəxanı qəsəbəsi ərazisində Gürcüstan vətəndaşı Tarieli Kakabidzenin idarə etdiyi “Renault” (yük) və Bakı şəhər sakini Eldar Əliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə xəstəxanaya yerləşdirilən minik avtomobilinin sürücüsü E. Əliyev və sərnişini, paytaxt sakini Pərviz Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və ilkin müayinələrə başlayıblar. Qəzayla bağlı avtotexniki ekspertiza təyin edilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən cinayət məcəlləsinin 263.3-cü maddəs ilə cinayət işi başlanıb və “Renault”un sürücüsü həbs edilib.

Rubrika.Az
Geri qayıt