Əsas Səhifə > Hadisə > Şəmkirdə toy yasa döndü

Şəmkirdə toy yasa döndü


24-04-2018, 18:30
Şəmkirdə toy yasa döndü

Şəmkirdə ağır yol qəzası baş verib.

Rubrika.az APA-nın qərb bürosuna istinadən xəbər verir ki, hadisə rayonun Düyərli kəndi ərazisində qeydə alınıb.

Rayon mərkəzində keçirilən toy mərasiminə gedən Sabirkənd kənd sakinlərinin olduğu "VAZ-2106” markalı avtomobil yoldan çıxaraq maneəyə çırpılıb.

İlkin məlumata görə, qəza nəticəsində iki nəfər ölüb, üç nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.


Rubrika.az
Geri qayıt