Əsas Səhifə > Hadisə > Goranboyda ilanlar evlərə hücum edib
Goranboyda ilanlar evlərə hücum edib24-04-2018, 22:37 |
![]() Goranboy rayonunda vətəndaşa məxsus evə sürünənlər daraşıb. "Report"un Qərb bürosunun məlumatına görə, rayonun Qaradağlı kənd sakini Murad Muxtarov ona məxsus fərdi evdə bu ay artıq 6 ilanı öldürdüklərini bildirib. "Səhər saatlarında uzunluğu 1 metr 40 sm-dən uzun olan ilanı vanna otağına girən zaman öldürdük. Hələ yaz fəslidi, evdə və həyətdə 10-dan çox ilan görünüb, yay fəslində buna daha çox rast gəlməyimizdən qorxuruq. Sürünənlərə qarşı xüsusi dərmanlama işləri aparsaq da, heç bir nəticəsi yoxdur, günü-gündən çoxalırlar", - 0 qeyd edib. Qeyd edək ki, kənd ərazisindəki əkin sahələrində də çoxlu sayda ilanlara rast gəlinir. Rubrika.az Geri qayıt |