Əsas Səhifə > Dünya > İŞİD-in topladığı sərvətin həcmi açıqlandı
İŞİD-in topladığı sərvətin həcmi açıqlandı25-04-2018, 18:31 |
|
İŞİD qruplaşmasının 3 milyard avro sərvətə malik olduğu bildirilir. Rubrika.az Modern.az-a istinaden xəbər verir ki, bu barədə Fransanın Europe 1 telekanalı açıqlama verib. Jurnalistlərin araşdırmasına əsasən, qruplşama İraq və Suriyanı işğalda saxladığı illər ərzində 3 milyard avroya qədər sərvət toplayıb və bu göstərici ilə dünyanın ən zəngin qruplaşmasıdır. Europe 1 qeyd edir ki, nüfuzunun ən yüksək vaxtında qruplaşma İraqda taxıl istehsalının 40%-ni və Suriyada isə pambıq istehsalının isə 80%-nə nəzarət edib. Təbii ki, qruplaşmanın əsas gəlir mənbəyi neft yataqları olub. İŞİD darmadağın edilməzdən əvvəl, öz investisiyalarını Türkiyə, Yaxın Şərq və İraqdakı ayrı-ayrı şəxslərin adına keçirib. Buna görə, Avropa təhlükəsizlik xidmətinin əməkdaşları Parisə toplaşaraq terrorizmin sponsorluğuna qarşı iclas olub. Rubrika.az Geri qayıt |