Əsas Səhifə > Gündəm > Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başa çatıb

Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başa çatıb


25-04-2018, 18:40
Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başa çatıb

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri aprelin 25-də başa çatıb.

Rubrika.az "Report"a istinaden xəbər verir ki, Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Ankaranın “Esenboğa” hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlət başçısını Türkiyənin baş nazirinin müavini Fikri İşık və digər yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.

Dövlət başçısı fəxri qarovul dəstəsini salamlayıb.

Rubrika.az
Geri qayıt