Əsas Səhifə > Dünya > İŞİD qruplaşması 3 milyard avro kapitala malik ola bilər

İŞİD qruplaşması 3 milyard avro kapitala malik ola bilər


25-04-2018, 19:45
İŞİD qruplaşması 3 milyard avro kapitala malik ola bilər

İŞİD terror qruplaşması 3 milyard avro həcmində kapitala malik ola bilər. Bu barədə terrorizmin maliyyələşməsi ilə mübarizə problemlərinə dair aprelin 25-26-da Parisdə keçiriləcək konfrans ərəfəsində Fransanın “Europe 1” radiostansiyası məlumat yayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, xüsusi xidmət orqanlarının məlumatına görə, qruplaşma həmin vəsaiti üç il nəzarət altında saxladığı ərazilərdə əldə etdiyi qənimətlər və neft ticarəti sayəsində yığıb. Həmçinin müəyyən dövr ərzində İraqın bütün kənd təsərrüfatı dənli bitkilərinin 40 faizi və Suriyanın pambıq əkinlərinin 80 faizi bu ərazilərdə istehsal olunub.

İŞİD, eyni zamanda, düşmənlərinin mülkiyyətini müsadirə edib və büdcəsini bu yolla da doldurub.


Rubrika.az
Geri qayıt