Əsas Səhifə > Hadisə > Paytaxtın üzərində qəribə buludlar: Sakinlər təlaşda
Paytaxtın üzərində qəribə buludlar: Sakinlər təlaşda25-04-2018, 22:06 |
|
Bəzi istifadəçilər bunun palçıq vulkanının püskürməsinin nəticəsi ola biləcəyini deyirlər Azərbaycan paytaxtının üzərində çox sıx, qara rəngli buludlar formalaşıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu qorxunc mənzərəni Əhmədli və Günəşli istiqamətindən daha yaxşı görmək olur. Buludlar çox aşağıdadırlar və dağ formasındadırlar. Onlar əsasən şəhərin mərkəzinin üzərindədirlər, lakin hərəkət edirlər. Artıq sosial şəbəkədə bu mənzərənin şəkilləri yayılıb. Bəzi istifadəçilər bunun palçıq vulkanının püskürməsinin nəticəsi ola biləcəyini deyirlər. Rubrika.az Geri qayıt |