Əsas Səhifə > Hadisə > “Leyla Şıxlinskya hər ay itinin yeməyinə 500 manat xərcləyib"

“Leyla Şıxlinskya hər ay itinin yeməyinə 500 manat xərcləyib"


26-04-2018, 18:37
“Leyla Şıxlinskya hər ay itinin yeməyinə 500 manat xərcləyib"

"Leyla Şıxlinskaya" klinikasının böyük məbləğdə mənimsəmədə ittiham olunan işçiləri - keçmiş baş mühasib Şəhla Abbasova, Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsüyeva, Nigar Rzaquliyeva və Yelena Abdullayevanın cinayət işi üzrə məhkəmə davam edib.

Rubrika.az Lent.az-a istinaden məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə ekspert Zaur Məmmədov ifadə verib. Ekspert ifadəsində klinikaya aid mühasibatlıq sənədlərini yoxladığını deyib "Təqdim olunan sənədlər "qara mühasibatlıq" sənədləri idi. Sənədlərdə yalnız rəqəmlərlə işlədik, sənədin doğruluğuna istintaq qiymət vermişdi".


Rubrika.az
Geri qayıt