Əsas Səhifə > Maraqlı > Avropa İttifaqından nəhəng süni intellekt layihəsi

Avropa İttifaqından nəhəng süni intellekt layihəsi


26-04-2018, 18:54
Avropa İttifaqından nəhəng süni intellekt layihəsi

Avropa İttifaqı "Ar-Ge" süni intellekt proqramlarına 1,5 milyard dollar yatıracağını açıqlayıb.

Rubrika.az xarici KİV-ə istinadən xəbər verir ki, məbləğ 2020-ci ilə qədər ayrılacaq və səhiyyə, nəqliyyat kimi vacib sahələrdəki süni intellektin inkişafı üçün xərclənəcək. Layihə "Horizon 2020" adını alıb.

Avropa İttifaqına daxil olan ölkələrdə süni intellektin inkişafına ildə 4 milyard dollar pul ayrılır. ABŞ-da bu məbləğ 20 milyard dollardır

Rubrika.az
Geri qayıt