Əsas Səhifə > Dünya > Kütləvi gecə yürüşü İrəvanı silkələyir

Kütləvi gecə yürüşü İrəvanı silkələyir


26-04-2018, 22:21
Kütləvi gecə yürüşü İrəvanı silkələyir

İrəvanda Ermənistan müxalifətinin növbəti mitinqi baş tutub.

Məlumata görə, hərəkat lideri N.Paşinyan bildirib ki, mayın 1-də keçiriləcək seçkilərə baş nazirliyə namizəd olmaq niyyətindədir və bu məsələ ilə bağlı rəsmilərlə heç bir razılaşma olmayacaq.

O əlavə edib ki, sabah mitinq İrəvanda deyil, gümrüdə keçiriləcək. O, tərəfdaşlarına istirahət etməyi məsləhət görüb, ancaq avto-yürüşə qoşulmaq istəyənləri sabah İrəvan-Gümrü istiqamətindən yürüşə dəvət edib.

Paşinyan digər tərəfdarlarına səslənərək bu zaman ərzində onlara da istirahət etməyi və yeni güclə aprelin 29-da mitinqləri yenidən bərpa etməyi məsləhət bilib.

27 aprel saat 18:00-da Gümrü, 28 apreldə isə Vanadzorda (15:00) mitinq keçirəcəyini bildirən Paşinyan 29-dan yenidən İrəvanda aksiyalara start veriləcəyini qeyd edib.

Hazırda gecə yürüşü keçirilir...(axar.az)

Rubrika.az


Geri qayıt