Əsas Səhifə > Hadisə > Bakıda yaşayış binasında yanğın: 15 sakin təxliyə edilib

Bakıda yaşayış binasında yanğın: 15 sakin təxliyə edilib


26-04-2018, 23:15
Bakıda yaşayış binasında yanğın: 15 sakin təxliyə edilib

Bakıda yaşayış binasında yanğın baş verib.

Rubrika.az FHN-in saytına istinadən xəbər verir ki, yanğın şəhərin Sabunçu rayonunda ümumi sahəsi 69 m2 olan iki otaqlı (yaşayışı olmayan) mənzildə baş verib.

Nəticədə mənzildə 8 m2 sahədə məişət tullantıları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər bina sakini təxliyə edilib.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb


Rubrika.az
Geri qayıt