Əsas Səhifə > Dünya > Dərbənddə xüsusi əməliyyat zamanı 11 İŞİD tərəfdarı məhv edilib

Dərbənddə xüsusi əməliyyat zamanı 11 İŞİD tərəfdarı məhv edilib


26-04-2018, 23:22
Dərbənddə xüsusi əməliyyat zamanı 11 İŞİD tərəfdarı məhv edilib

Dağıstanın Azərbaycanla həmsərhəd Dərbənd şəhərində 23-24 aprel tarixlərində keçirilmiş xüsusi əməliyyat zamanı İŞİD terror qruplaşmasının 11 tərəfdarı məhv edilib.

Rubrika.az “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatında bildirilir.

Məlumata görə, məhv edilən şəxslər Dağıstan ərazisində hüquq-mühafizə və hakimiyyət orqanlarının işçilərinə silsilə rezonanslı sui-qəsdlər planlaşdırıbmışlar.

Qeyd olunan tarixdə ərazidə antiterror əməliyyatı rejimi tətbiq edilib. Saxlanılan zamanı silahlı müqavimət göstərmiş İŞİD tərəfdarı cavab atəşi ilə məhv ediliblər. Onların üzərindən xeyli sayda silah-sursat götürülüb.


Rubrika.az
Geri qayıt