Əsas Səhifə > Hadisə > Donald Tramp İlham Əliyevi təbrik edib
Donald Tramp İlham Əliyevi təbrik edib27-04-2018, 13:45 |
![]() Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik mətubu ünvanlayıb. Rubrika.Az report-a istinadən bildirir ki, təbrik mətnində deyilir: “Hörmətli cənab Prezident, Mən Amerika və Azərbaycan xalqları üçün qarşılıqlı maraq doğuran bir çox sahələrdə Sizinlə birgə işləmək əzmindəyəm. Biz Sizinlə birlikdə terrorçuluğun məğlub edilməsində, yeni iş yerlərinin yaradılmasında və Avropanın enerji təhlükəsizliyinin yaxşılaşdırılmasında tərəqqi əldə edə bilərik. Korrupsiyaya qarşı mübarizədə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində irəliləyiş bu səylərə töhfə verəcəkdir. Sizə və Azərbaycan xalqına ən xoş arzularımı bildirirəm. Səmimiyyətlə”. Rubrika.Az Geri qayıt |