Əsas Səhifə > Dünya > Karapetyan Paşinyanın Qarabağ eyhamına cavab verdi
Karapetyan Paşinyanın Qarabağ eyhamına cavab verdi28-04-2018, 10:52 |
|
Paşinyan yaxşı diplomat deyil. Rubrika.Az axar.az-a istinadla xəbər verir ki, bu sözləri “Şant” televiziyasına müsahibəsində Ermənistan Baş nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Karen Karapetyan deyib. “Mən cənab Paşinyanın danışıqlar aparmaqda böyük təcrübəsi olub-olmadığını bilmirəm, amma özümün danışıqlar aparmaqla bağlı maraqlı təcrübəm var. Təcrübəm fərqli istiqamətləri əhatə edir. İndiyə qədər danışıqlar prosesini uduzmamışam. Yaxşı natiq olmaq hələ yaxşı diplomat olmaq demək deyil”, – deyə o bildirib. Qeyd edək ki, bundan öncə Paşinyan demişdi ki, Karapetyan onunla danışıqlara girməkdən qorxur, Qarabağ danışıqlarını necə aparacaq? Rubrika.Az Geri qayıt |