Əsas Səhifə > Hadisə > "Yanğın zamanı xəsarət alan olmayıb" — Rəsmi açıqlama

"Yanğın zamanı xəsarət alan olmayıb" — Rəsmi açıqlama


28-04-2018, 17:40
"Yanğın zamanı xəsarət alan olmayıb" — Rəsmi açıqlama

"Yanğın haqqında məlumat Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə 12:10 radələrində daxil olub. Təxminən 3 saatdan artıq davam edib. Yanğın tam söndürülüb".

Rubrika.Az-ın "Ölkə.Az"a istinadən məlumatına görə, bunu fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev deyib. O bildirib ki, hadisə yerinə 25 texnika, 100-ə yaxın canlı qüvvə cəlb olunub: "Yanğının uzun davam etməsinin səbəbi su qıtlığı ilə əlaqədardır. Hazırda şəhərdə tıxacdır. Bu iri texnikaların yanğın yerinə yaxınlaşmasına çətinlik törədirdi. Yanğının baş vermə səbəbləri araşdırılır. Yanğın 18-ci mərtəbən yuxarıda baş verib. Xəsarət alan yoxdur. Bəzi informasiya vasitələrində yazılır ki, kimsə özünü binadan atıb. Bu məlumat tam əsassızdır və yalandır. Yanğınsöndürənlər arasında da zəhərlənən olmayıb".

Rubrika.Az
Geri qayıt