Əsas Səhifə > Dünya > Abdullah Gül Türkiyədə keçiriləcək seçkilərdə prezidentliyə namizəd olmayacaq

Abdullah Gül Türkiyədə keçiriləcək seçkilərdə prezidentliyə namizəd olmayacaq


28-04-2018, 21:40
Abdullah Gül Türkiyədə keçiriləcək seçkilərdə prezidentliyə namizəd olmayacaq

Türkiyənin 11-ci prezidenti Abdullah Gül iyunun 24-də keçiriləcək prezident seçkilərində namizəd olmayacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Abdullah Gül özü İstanbulda KİV nümayəndələri ilə keçirdiyi görüşdə məlumat verib.

Qeyd edək ki, Abdullah Gülün Türkiyə müxalifətinin vahid namizədi kimi seçkilərdə iştirak edəcəyi barədə məlumatlar son günlər ölkənin ictimai-siyasi həyatında qızğın müzakirəyə çevrilmişdi.

Rubrika.Az
Geri qayıt