Əsas Səhifə > Hadisə > "Qaçqınkom" sədri kadr dəyişikliyinə başladı - Direktor işdən çıxarıldı
"Qaçqınkom" sədri kadr dəyişikliyinə başladı - Direktor işdən çıxarıldı30-04-2018, 17:18 |
|
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində kadr dəyişikliyi olub. Rubrika.Az Report-a istinadən xəbər verir ki, Komitənin Repatriasiya departamentinin direktoru Elman Behbud oğlu İsmayılov vəzifəsindən azad edilib. Boş qalan departament direktoru vəzifəsinə hələlik təyinat olmayıb. Qeyd edək ki, E.İsmayılov 2003-cü ildən bu vəzifədə çalışıb. Rubrika.Az Geri qayıt |