Əsas Səhifə > Dünya > Əfqanıstanda məktəbə terror hücumu — 11 şagird öldü

Əfqanıstanda məktəbə terror hücumu — 11 şagird öldü


30-04-2018, 22:24
Əfqanıstanda məktəbə terror hücumu — 11 şagird öldü

Əfqanıstanın Qəndəhar vilayətində kamikadze terrorçu mədrəsədə terror aktı törədib.

Rubrika.Az “Ölkə.Az”a istinadən xəbər verir ki, terror hücumu nəticəsində 11 şagird dünyasını dəyişib.

Əfqan mətbuatı bildirir ki, terrorçular yaxınlıqdakı Rumıniya konvoyuna hücum etmək istəyiblər. Rumın hərbçilər NATO missiyası tərkibində xidmət edirlər.
Hərbçilərdən ölən olmayıb, 6 nəfər yaralanıb. Hücuma görə heç bir qruplaşma məsuliyyəti öz boynuna götürməyib.

Rubrika.Az
Geri qayıt