Əsas Səhifə > Hadisə > Bakıda 3 gənc qız itkin düşdü — SOS
Bakıda 3 gənc qız itkin düşdü — SOS1-05-2018, 17:15 |
|
Bakıda 1 gündə 3 qız itkin düşüb. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, itkin düşənlər barədə polisə onların yaxınları məlumat verib. Belə ki, 2002-ci il təvəllüdlü Aytac Əmirova yaşadığı Qaraçuxur qəsəbəsində itkin düşüb. O, məktəbdən çıxdıqdan sonra naməlum istiqamətdə yoxa çıxıb. Digər itkin düşmə faktı isə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb. 1999-cu il təvəllüdlü Sevinc Bağırova evdən alış-veriş adı ilə çıxıb və geri qayıtmayıb. Xəzər rayonu Mərdəkan qəsəbəsində də analoji fakt baş verib. 1998-ci il təvəllüdlü Aydan Eldarova mağazaya getmək adı ilə evdən çıxıb, axşam saatlarında qızın evə qayıtmadığını görən valideyinləri onun itkin düşməsi barədə polis əmlumat veriblər. Hazırda qızların tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam edir. Rubrika.Az Geri qayıt |