Əsas Səhifə > Hadisə > Direktor baş nazirin arvadını işdən qovdu
Direktor baş nazirin arvadını işdən qovdu4-05-2018, 16:23 |
|
Danimarkanın baş naziri Lars Lökke Rasmussenin həyat yoldaşı Sölrun Lökke Rasmussen işdən çıxarılıb. Rubrika.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, paytaxt Kopenhagendə ən nüfuzlu təhsil ocaqlarından olan N.Zahles N.Zahles Gymnasieskole liseyinin tərkibində yerləşən Balet məktəbində müəllim işləyən S.Lökke iş proseduruna uyğunlaşa bilmədiyi əsas gətirilərək vəzifədən çıxarılıb. Direktor bu qərarını müəllimlər iclasında açıqlayıb. İddialara görə həmin iclasa S.Lökke həyat yoldaşı ilə birgə qatılıb. Məktəbdən iclasın qapalı keçirildiyi əsas gətirərək, bununla bağlı heç bir açıqlama verilməyəcəyi bildirilib. Rubrika.Az Geri qayıt |