Əsas Səhifə > Səhiyyə > Nəzarətsiz qalan 3 yaşlı körpə dərmandan zəhərləndi

Nəzarətsiz qalan 3 yaşlı körpə dərmandan zəhərləndi


5-05-2018, 12:53
Nəzarətsiz qalan 3 yaşlı körpə dərmandan zəhərləndi

Xəzər rayonunda yaşayan 3 yaşlı uşaq dərmandan zəhərlənib.

Rubrika.Az-ın “Ölkə.Az”a istinadən xəbərinə görə, Binə qəsəbəsi, Vaqif küçəsində yaşayan 2015-ci il təvəllüdlü Murad Əşrəfov dərman zəhərlənməsi ilə 1 saylı şəhər xəstəxanasının Toksikologiya şöbəsinə gətirilib. Həkimlərin səyləri nəticəsində körpənin həyatını xilas etmək mümkün olub.
Faktla bağlı Xəzər RPİ-nin 2-ci polis bölməsində araşdırmalara başlanılıb. Məlum olub ki, körpə evdə nəzarətsiz qaldığı müddətdə mizin üzərində olan dərmanın bir neçə həbini içib və nəticədə məlum hadisə baş verib.

Rubrika.Az
Geri qayıt