Əsas Səhifə > Təhsil > 158 saylı tam orta məktəbdə ARAŞDIRMA
158 saylı tam orta məktəbdə ARAŞDIRMA5-05-2018, 21:55 |
![]() Ölkə təhsilində baş verən utancverici hadisələr, eləcə də problemlər barəsində müxtəlif media portallarında silsilə yazılar dərc edilir. Təbii ki, obyektivliyi saxlamaqla problemləri işıqlandırmaq jurnalistkanın təməl prinsiplərindən biridir. Təəsüfləndirici hal ondadır ki, bəzi KİV-lərdə mövcud vəziyyəti əks etdirməyən, kimlərinsə hansısa maraqlarına xidmət edən materiallar dərc edilir və böhtan xarakterli məlumatlar tirajlanır. Nəzərə alsaq ki, söhbət təhsil sistemi kimi həssas bir sahədən, övladlarımızın gələcəyindən gedir, onda belə məsuliyyətsiz materialların hansı mənfi nəticələrə gətirib çıxardığını düşünmək çətin olmaz. 04.05.2018-ci il tarixdə saytımızda “Sinif otağını özünə istirahət otağı etdirən direktor: 158 saylı məktəbdə “mehriban düşmənçilik”başlıqlı yazı dərc edilmişdir. Məsələnin ciddiliyini və geniş auditoriya tərəfindən maraqla qarşılandığını nəzərə alaraq Rubrika.az saytı məsələni geniş araşdırmaq qərarına gəldi. 158 saylı tam orta məktəbdə apardığımız araşdırma nəticəsində olduqca qəribə vəziyyətlə üzləşdik. Məlum oldu ki, insanların hissləriylə oynayan məlumatlar əslində yalandır. Böyük ənənələrə malik olan bir təhsil ocağının və onun pedaqoji aləmdə yaxşı tanınan direktoru Mehriban xanım Ələkbərovanın işgüzar nüfuzunu zərbə altında qoyan belə çirkin məlumatların yayılması məktəbin kollektivini də bərk qəzəbləndirib. Məqsəd isə məktəbin direktoru Mehriban xanım Ələkbərova böhtan atmaqla onu nüfuzdan salmaqdır. Mehriban xanım Ələkbərovanın məktəbə rəhbərlik etdiyi müddətdə kollektivdə əsl işgüzar şəraitin, pedaqoji mühitin formalaşdığını bildirən müəllimlər məktəbdə belə bir hadisələrin baş verməsinin mümkünsüz olduğunu vurğuladılar. Yazıda gedən böhtan xarakterli ittihamlar jurnalist araşdırmamız zamanı öz təsdiqini tapmadı. Rubrika.Az Geri qayıt |