Əsas Səhifə > Hadisə > Sabirabadda yol qəzasında 5 nəfər ölüb -YENİLƏNİB (FOTOLAR)
Sabirabadda yol qəzasında 5 nəfər ölüb -YENİLƏNİB (FOTOLAR)7-05-2018, 11:36 |
![]() Sabirabadda traktorun qoşqusunun su kollektoruna aşması nəticəsində 5 nəfərin boğularaq öldüyü bildirilir. APA-nnın Mil-Muğan bürosunun xəbərinə görə, ölənlərin hamısı qadındır. İlkin məlumatda onlardan 3-nün bir ailənin üzvü olduğu deyilir. Traktoru idarə edən Şəhriyar qəsəbə sakini Əjdər İmanov ailə üzvlərini və yaxın qohumlarını tarlaya işləməyə aparırmış. Hadisə nəticəsində daha bir neçə nəfər xəsarət alıb. *** Sabirabad rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şəhriyar kəndində traktorun qoşqusunun aşması nəticəsində 5 nəfərin öldüyü bildirilir. Daha bir neçə nəfər xəsarət alıb. İlkin ehtimala görə, ölənlərin hamısı pambıq tarlasına işləməyə gedən qadınlardır. *** Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Mil-Muğan bürosunun xəbərə görə, ilkin məlumata əsasən, Şəhriyar kəndində baş verən qəzada 6 nəfər ölüb. Məlumat yenilənəcək. Rubrika.Az Geri qayıt |