Əsas Səhifə > Hadisə > İlham Əliyevə təbriklər gəlməkdə davam edir

İlham Əliyevə təbriklər gəlməkdə davam edir


7-05-2018, 15:45
İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Lüksemburqun Böyük Hersoqu Anri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Rubrika.Az "Ölkə.Az"a istinadla xəbər verir ki, təbrik mətnində deyilir: “Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ölkələrimiz arasında dostluq münasibətlərinin daha da inkişaf edəcəyinə əmin olduğumu bildirir və gələcək əməkdaşlığımızı səbirsizliklə gözləyirəm. Cənab Prezident, ali dövləti fəaliyyətinizdə Sizə uğurlar diləyir və Zati-alinizə yüksək ehtiramımı çatdırıram”.
Həmçinin Tunis Respublikasının Prezidenti Beji Kaid əs-Sebsi də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrik mətnində deyilir:
"Zati-aliləri

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi şəxsən öz adımdan və Tunis xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Zati-aliləri, qardaş Azərbaycan Respublikasının davamlı inkişafı və xalqınızın rifahı naminə ali dövləti fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar diləyirəm.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərini qardaş xalqlarımızın ortaq maraqları naminə daha da möhkəmləndirmək istiqamətində Sizinlə birgə işləmək niyyətində olduğumu bildirirəm".

Rubrika.Az
Geri qayıt