Əsas Səhifə > Dünya > Paşinyan baş nazir seçilmə ehtimalını qiymətləndirib
Paşinyan baş nazir seçilmə ehtimalını qiymətləndirib7-05-2018, 23:47 |
|
Ermənistan müxalifətinin lideri Nikol Paşinyan bildirib edib ki, onun baş nazir seçilmə ehtimalı 95%-dir. "Ölkə.Az" RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Paşinyan Yerevanda keçirdiyi mitinqdə açıqlama verib. “Mənə rəsmi şəkildə bildirilib ki, “Daşnaksyutun”, “Yelk”, “Tsarukyan bloku” fraksiyaları və Ermənistan Respublika partiyasını təmsil edən bir sıra deputatlar xalqın namizədinə səs verəcəklər. Bu o deməkdir ki, artıq 95% seçilmə ehtimalından danışmaq olar”, - deyə Paşinyan qeyd edib. Qeyd edək ki, Ermənistanda baş nazir seçkilərinin ikinci turu mayın 8-də keçiriləcək. Nikol Paşinyan bu vəzifəyə yeganə namizəddir. Deputatlar baş naziri ikinci dəfə də seçə bilməsələr parlament avtomatik buraxılacaq. Rubrika.Az Geri qayıt |